Qonaq otağını necə planlayırıq?
Qonaq otağında əsas sual oturacaq sayı və hərəkət yollarıdır. Divanın ölçüsünü otağın eninə, kresloları isə televizor və ya pəncərəyə görə yerləşdiririk. Ölçü zamanı mebelin yerləşməsini 3D eskizdə göstəririk.
Divan seçimi
Modul divanlar otağa uyğun konfiqurasiya edilir: düz, künc və ya açılan mexanizmli. Parçanı nümunələrdən seçirsiniz; uşaqlı və heyvanlı evlər üçün asan təmizlənən parçalar tövsiyə edirik.
Rəflər və TV zonası
Kitab rəfləri və TV divarı qonaq otağının saxlama yükünü daşıyır. TV altlıqları üçün ayrıca TV stend səhifəsinə baxın.

