Yataq otağı üçün vahid dəst
Yataq otağı mebelini ayrı-ayrı almaq əvəzinə bir dəst kimi planlamaq daha düzgündür: çarpayı, tumbalar, komod və dolab eyni materialdan və rəngdən hazırlanır. Nəticədə otaq sakit və bütöv görünür.
Saxlama yeri olan çarpayılar
Kiçik yataq otaqlarında bazalı çarpayılar yorğan-döşək və mövsümi əşyalar üçün əlavə yer yaradır. Başlığın parçasını və hündürlüyünü özünüz seçirsiniz.
Yataq otağı dolabı
Yataq otağı dolabını tavana qədər və ya nişə yerləşdirilən formada hazırlayırıq. Bütün variantlar qarderob səhifəsindədir. Kiçik otaqlar üçün ideyaları ölçüyə uyğun mebelin üstünlükləri yazısında tapa bilərsiniz.
